Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub

Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olub


Newscenter.az.4.04.2020. Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların qurbanı olması müəyyənləşdirilib ki, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Bu barədə məlumatı Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiiz Səfixanov verib. Onun sözlərinə görə, Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın:

“Atəşkəs müqaviləsi imzalandıqdan sonra 400-dən çox vətəndaşımızın minaların və partlamamış hərbi sursatların qurbanı olması qeydə alınıb. Bundan başqa Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Bütün bunları nəzərə alaraq MƏAK İB mina qurbanlaraına hərtərəfli yardımların göstərilməsini, minaların təmizlənməsi əməliyyatlarının sürətləndirilməsini və əhali arasında mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin güçləndirilməsini vacib hesab edir və bu tipli kampaniyalarda aktiv iştirak edir”.

Mehman
Xəbəri paylaş