Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər üçün Təhsil Mərkəzi xidmətlərini elektronlaşdırdı



Newscenter.az.4.04.2020. Gənclər üçün Təhsil Mərkəzi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində xidmətlərini elektronlaşdırıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən mərkəzin rəhbəri Fəxrəddin Həsənzadə deyib ki, müraciətlərə operativ baxılması, cavablandırılması və həlli üçün mərkəzdə 4 sosial işçi, 2 psixoloq, 2 pedaqoq və 2 uşaq inkişafı mütəxəssisindən ibarət operativ işçi qrup fəaliyyət göstərir.

Bildirilib ki, mərkəzə daxil olan müraciətlər arasında əsasən sosial müavinətlər, əlilliyin rəsmiləşdiriməsi, aliment tələbinin yerinə yetirilməməsi, əlil arabaları və digər avadanlıqlara olan ehtiyacın təmin edilməsi, SİM uşaqların reabilitasiya proqramlarına cəlb olunması kimi müraciətlər üstünlük təşkil edir.

Bütün müraciətlər sosial işçilər tərəfindən “Elektron keys menecment” sisteminə daxil edildikdən sonra, SİM uşaqların valideyinləri psixoloq, pedaqoq və uşaq inkişafı mütəxəsisləri tərəfindən elektron qaydada müxtəlif reabilitasiya proqramlarına cəlb edilir və onları maraqlandıran suallar yerindəcə cavablandırılır.Yalnız xüsusi risq qrupuna aid ailələrin müraciətləri daxil olduqda sosial işçilər tərəfindən ailələrə səfər edilərək səyyar xidmətlər təqdim edilir

Ayan
Xəbəri paylaş