Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi



Newscenter.az.4.04.2020. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.

Bu barədə energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə aprelin 6-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulurdu.

Bu gün isə "Reuters" agentliyi görüşün vaxtının dəyişdirilə biləcəyini yaymışdı. Bildirilmişdi ki, görüş aprelin 8-i və ya 9-u keçirilə bilər.

Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyinin bu günkü məlumatında qeyd edilmişdi ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.
Xəbəri paylaş