Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhədə erməni təxribatı artacaq-POLİTOLOQDAN XƏBƏRDARLIQ



Newscenter.az.5.05.2020. “Azərbaycanın son aylar mütəmadi hərbi təlimlər keçirməsi və cəbhə xəttinə yaxın məsafələrdə təşkil edilın həmin təlimlər birbaşa Ermənistan üçün ciddi mesajdır. Artıq, Ermənistan tərəfi bu təlimlərdən ciddi narahatdır və müdafiə naziri David Tonoyan işğal olunmuş ərazilərə səfər edərək buradakı hərbi hissələrə baş çəkir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, danışıqlarda ciddi nəticə yoxdur:

“Ermənistan xarici işlər naziri Z. Mnatsakanyanın parlamentdə mərhələli və paket həll variantı üzərində dayanmasına baxmayaraq, erməni tərəfi mövcud hərbi qarşıdurmadan çəkinməyə çalışır. Yerevan tərəfi Azərbaycanın hərbi təzyiqləri fonunda Moskvanın neytral qalabiləcyindən narahatdır. Və bu istiqamətdə Rusiya XİN-də cəmləşmiş erməni qüvvələrinin buna aydınlıq gətirmələri üçün istifadə edirlər. Ermənistan rəhbərliyi Qarabağdakı yeni separatçı rəhbərliyi nəzarət altına alıb. Və danışıqlar prosesində praqmatik həll variantlarına gedəcək siyasi iradəyə malik deyil. Çünki, Rusiya hazırda sabiq DTK sədri Vanestsyanın başçılığı altında Paşinyana qarşı yeni siyasi cəbhə formalşdırır. Və Vanetsyan Paşinyana qarşı Qarabağ kartından istifadə edərək, onu Qarabağı satmaqda günahlandırır. Göründüyü kimi Ermənistan daxilində siyasi situasiya mürəkkəbdi və Paşinyana qarşı Kreml Qarabağ vasitəsilə onun mövqelərini zəiflətməyə çalışır”.

Politoloq deyib ki, Paşinyan üçün çox müərəkkəb və çətin dönəm başlayır:

“Ölkə daxilində pandemiyanın vurduğu iqtisadi zərbələr bu ölkədə sosial vəziyyətin ağırlaşmasına və ölkə iqtisadiyyatının defolatına gətirəcək. Bununla da Paşinyanın siyasi vəziyyəti gərginləşəcək. A. Vanestsyan bu situasiyadan istifadə edərək, hətta orduda bəzi generalları öz ətrafına cəlb edib, Qarabağ məsələsi ilə bağlı Paşinyana qarşı silahlı müdaxilə edə bilər. Ona görə də hazırkı vəziyyətdə Paşinyanın daxili siyasətdə oppenetlərini zərərsizləşdırməsə onun danışıqlarda hər hansı bir güzəştə getməsi mümkün görünmür”.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan tərəfi Ermənistanda bu kimi hallara görə ərazilərin işğalda qalmasına səbr edə bilməz:

“Qeyd edim ki, Ermənistann müdafiə nazirinin işğal olunuş əraziləriə səfərindən sonra ermənilərin təxribatı genişlənə bilər. Azərbaycan tərəfi əvvəlki günlərdə olduğu kimi işğalçıya qarşı artilleriyadan istifadə edib, ciddi zərbələr endirməlidir. Rusiya tərəfi də Paşinyanın bu kimi siyasətindən, xüsusilə Ermənistanda baş verənləri öz regional maraqlarına təhdid kimi görür. Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirir. Qoşulmama Hərəkatının konfransında Azərbaycanın nə qədər söz sahibi ölkə olduğu göründü. Diplomatik müstəvidə bir çox vacib məsələləri öz lehimizə dəyişə bilmişik”.

Anar
Xəbəri paylaş