Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fatma Yıldırım: "Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu"



"Zirvə görüşü göstərdi ki,Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir”

Newscenter.az.5.05.2020. “Mayın 4-də Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu mötəbər beynəlxalq təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Fatma Yıldırım deyib ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib:

“Bu Zirvə görüşü göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir”.

Anar
Xəbəri paylaş