Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamal Cəfərov: "İslahatların aparılmasında əsas hədəf Azərbaycan xalqının rifahıdır"



Newscenter.az.5.05.2020. "Ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində mühüm addımlardan biri Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası çərçivəsində kommersiya məhkəmələrinin yaradılması, vahid məhkəmə təcrübəsinin formalaşması və özəl məhkəmə ekspertizasına qərar verilməsidir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Kamal Cəfərov qeyd edib ki, cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması istiqamətində qanun layihələrinin 2-ci paketi Milli Məclisin 1 may 2020-ci il iclasında qəbul edildi:

“Növbəti addım isə məhkəmə-hüquq sistemində kadr islahatlarıdır. İlkin olaraq prokurorluq orqanlarında peşəkarlığı, təcrübəsi və beynəlxalq təşkilatlarda aktiv fəaliyyəti ilə seçilən Kamran Əliyev Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olundu. İndi isə Cənab Prezidentin Ali Məhkəməyə və Apelyasiya məhkəmələrinə şəffaf və peşəkar fəaliyyəti ilə seçilən, yüksək təhsil almış, müasir düşüncəli şəxslərin hakim kimi təqdimatlarını verməsi məhkəmə-hüquq sistemində aparılan islahatların xaraktercə yeni mərhələsidir”.


Millət vəkili bildirib ki, təqdimatları verilən bəzi şəxslər sırasına Prezident Administrasiyasının sektor müdiri, Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən, müasir və yeni biliklərə, zəngin xarici dil bilgisinə sahib olan Çingiz Əsgərov, Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasınının Prezidenti Ramin Qurbanov, Səbail Rayon Məhkəməsinin hakimi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupun üzvü olmuş Anar Tanrıverdiyev və digərləri daxildir:

“Təqdimatları verilən şəxslərin fəaliyyəti bizləri bir daha əmin edir ki, məhkəmə-hüquq sistemində peşəkar və dürüst hakimlər təmsil olunur. Qeyd edək ki, hakimiyyətin 3 qolunda mərhələli şəkildə aparılan islahatlar genişmiqyaslı və hərtərəflidir. Bu islahatların aparılmasında isə əsas hədəf Azərbaycan xalqının rifahıdır”.

Anar
Xəbəri paylaş