Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait toplanıb?



Newscenter.az.5.05.2020. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 4 may 2020-ci il tarixinə daxil olan ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclasında bildirilib.

Qeyd edilib ki, Fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə - xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur
Xəbəri paylaş