Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili təkzib edir



Newscenter.az.5.05.2020. "Azpolitika.az saytında adımdan gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirirəm ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrimi təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə təqdim edib",

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə millət vəkili Bəhruz Məhərrəmov çıxış edib. O, bildirib ki, qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir:

"Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcəkdir. Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmayıb, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaradıb. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər edib".

Millət vəkilinin sözlərinə görə, bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar.

Anar
Xəbəri paylaş