Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağın icra başçısı ilə bağlı ŞOK FAKTLAR



İcra başçısı Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsaitləri şəxsi biznesinə necə yönəldib?

Newscenter.az.5.05.2020.
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilova qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, Sahil qəsəbəsi, Emin Quliyev pr, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib. Karxana "QARADAĞ ÇINQIL" MMC adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib.

Vətəninfo.az xəbər verir ki,bu məluMatı jurnalist Cavanşir Həsənli facebook da mövcud olan səhifəsində paylaşəb. C.Həsənlinin paylaşdığı məlumatda daha sonra deyilir:

Məsələnin daha maraqlı tərəfi odur ki, "QARADAĞ ÇINQIL" MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon İcra Hakimiyyətindən "təkzib" gözləyirəm. Ümid edirəm, Qaradağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər. Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada - qulağımın dibində şirkət açması da bir ayrı mövzudur".
Xəbəri paylaş