Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkinci dalğanı da dövlət və xalq birliyi nəticəsində az itki ilə aşa biləcəyik



Newscenter.az.6.06.2020. Son zamanlar yoluxma sayı gözlənilməz artıb.

Bu məsələdə ən arzuedilməz cəhət cəmiyyəti, xalqı, sıravi vətəndaş əksəriyyətini qınamaqdır. Çünki, karantin məhdudiyyətinin ən agır fəsadı olan, mənəvi-psixoloji qapalı hərəkətsiz hal və həm də maddi sıxıntı sıravi xalq üzərinə düşür. Amma ən arzuedilməz yoluxma və ölüm halını nəticələndirən heyf ki hökumətin və orqanların tədbir, təşkili, maarifləndrmə halları ilə bərabər, vətəndaşların da məsələdə nöqsanlı olmasıdır. Bunu açıq deməliyik, insanlarımızın öz xatirinə.

Virus təhlükəsizliyi qaydalaraına riayət vacibliyi, bu, gizli virus-qatilin ölümlü ola bilməsi reallığı, etinasızlığın da özünün və başqaların həyatına son qoya bilməsini dərk etmək çox vacibdir. Bu olmasa, insan öz sağlamlığını, həyatını qoruma tədbirini görməsə, hökumətin, həkimin istənilən tədbiri effektsiz və faydasız olacaq. Bunu bilək. Düşünərək, məsuliyətli olaq, özümüzü qoruyaq!

Qaldı ki, pandemiya yoluxma sayının çoxalması halını tək daxili, hökumət təbirləri və həm xalqın intizamına bağlamaq mənim öz fikrimcə kifayət deyil. Burada, xarici faktorların da, rolu olmamış olmamalıdır. Müşahidələrim göstərir ki, təxmini mayın əvvəli, 2-nə kimi, bizim ölkədəki gündəlik yoluxma sayı 25-35 qədər idi. Qonşu, Rusiya və İran kimi böyük ölkələrdə, yoluxma sayı kəskinli artan vaxtdan bizdə də bu artım başlayıb. Və bu artım bizdə, çox qəribədir ki, əhali sıx olan Bakı kimi mərkəzdə deyil, bölgələrdə və hətta, kənd yerlərində başladı. Bu, necə olur? Və o rayonlar, bölgələr, kəndlərdə ki, ya, İrana yaxın yerləşirlər, ya da Rusiyada ticarət-alver edənləri çoxluqdur.

Bu cür xarici faktor diffuzu variantı isə fikrimcə iki ehtimalla mümkün ola bilər. Ya, bu iki, qonşu ölkə ərazisindəki, vətənə kəskin keçid ehtiyaclı vətəndaşlarımız qeyri-leqal yolla yoxlamasız və karantinsiz ölkəyə daxil olub, ailələri, qonşuları və o ətraf bölgəni yoluxdurublar, özləri də bunu bilmədən. Ya da ki, ən ifrat tərəfini götürsək, bu, xarici qüvvələrin təxribatı da ola bilər.. Oralarda virusa yoluxmuş vətəndaşlarımızı onları vətənə qeyri-leqal yolla keçirtmə köməkliyi adı ilə bunu etmək. Hər halda məncə bölgələrdə birdən-birə virus yoluxmanın kəskin artımı halında yoxlama araşdırma aparılsaydı pis olmazdı, nədən olsun bu, kənd yerində kəskin? Kim gəlib, son vaxtlar,
son günlər o məntəqəyə başqa uzaq yerlərdən?

Ümumiyyətlə isə, bu son vaxtlarda qonşu əhali sayı çox böyük ölkələrdə kəskin yoluxma-artım olanda, mən də bu barədə narahat olaraq, qeyd etmişdim, sərhədlər tam maksimum nəzarətdə yüksək rejimdə qorunmalıdır hər ehtimala görə.

Ancaq, istənilən halda, dünya üzrə koronavirus yoluxma tendensiyası zəifləyir. Və əmin olaq ki, öz səhvimiz, ya, kənar müdaxilədənmi yaranan "2-ci dalğa"-nı da dövlət və xalq anlaşma, birliyi ilə ölkəmiz bu dəfə də, ən az itki ilə aşa biləcək.

İlqar Altay

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş