ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Yardımlıda İdman Kompleksinin açılışı olub

18-06-2020, 19:00



Newscenter.az.18.06.2020. Bu gün baş tutan açılış mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər rəsmilər iştirak ediblər.

Newscenter.az-a Gənclər və İdman Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2013-cü ilin iyun ayından tikintisinə başlamış Yardımlı İdman Kompleksi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa edilib.

Baş plana əsasən inşa edilmiş digər bina və qurğular

- Mini futbol meydançası

- Voleybol-basketbol meydançası

- Açıq meydançalara xidmət edən soyunma-geyinmə, duş, sanitar qovşaqdan ibarət bina

- Transformator yarımstansiyası (2x400 Kva gücündə)

- Qazanxana binası

- Nasosxana

- 2 ədəd içməli və yanğın su anbarı (150 m3 və 200 m3)

- Çirkab su anbarı

Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilmiş, generator quraşdırılmış, ayrılmış sahə hasarlanmış, yaşıllıqlar salınmış, piyada yolları və asfalt-beton yollar çəkilmiş, binalar müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebellərlə təchiz edilmiş, müasir isitmə, soyutma, ventilyasiya, yanğın siqnalizasiya, hidrant sistemi, internet şəbəkəsi, televiziya şəbəkəsi, təhlükəsizlik müşahidə kameraları və digər zəruri qurğu və sistemlərlə təmin edilib.

Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.

1. Layihə-smeta sənədləri Azərbaycan şirkəti olan “Archico” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb

2. Tikinti-quraşdırma işləri Azərbaycan şirkəti olan “Unistone” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilib

3. Ərazinin sahəsi 1,23 hektar

4. Kompleksin tikintisinə başlanmışdır

5. Obyektin tikilialtı sahəsi – 3919 m2

6. Obyektin ümumi sahəsi – 5958 m2

7. Açıq idman meydançaların sahəsi – 1120 m2

8. Aslfalt-beton yollar - 4268 m2

9. Döşəmə tava daşdan piyada yolları – 750 m2

10. Daş-metal hasar – 312 p/m

11. Yaşıllıq sahəsi 1762 m2

Baş plana əsasən inşa edilmiş bina və qurğular

Kompleksin 4 blokdan ibarət əsas binası

Blok A: Tamaşaçı oturacağı yerlərinin sayı 560 olan Universal idman zalı (38x48m), VİP tribuna idmançılar üçün soyunma-geyinmə, duş, sanitar qovşaqlar, hakim otağı, məşqçi otaqları, tamaşaçılar üçün sanitar qovşaq, zalda keçirilən oyun və yarışlara nəzarət və texniki otaqlar

Blok B: Əsas giriş foyesi, qeydiyyat sahəsi, 56 yerlik kafe-restoran, mətbəx, 21 otaqdan ibarət 43 yerlik Mehmanxana otaqları, Trenajor zalı, sanitar qovşaqlar, idmançılar üçün soyunma-geyinmə, duş, sanitar qovşaqlar, məşqçi otağı

Blok C: Tamaşaçı oturacağı yerlərinin sayı 135 olan Güləş zalı (24,4x22,4 metr), idmançılar üçün soyunma-geyinmə, duş, sanitar qovşaqlar, məşqçi otaqları, hakim otağı, köməkçi otaqlar

Blok D: Boks zalı (24,4x15,6 metr) ), dopinq nəzarət otaqları, məşqçi otaqları, gözləmə otağı, hakim otağı, müdiriyyət və işçi otaqları, texniki xidmət otağı, camaşırxana, idmançılar üçün soyunma-geyinmə, duş, sanitar qovşaqlar

Oxşar xəbərlər
SON XƏBƏRLƏR