Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” əməkdaşlarını koronavirus testindən keçirəcək



Newscenter.az.7.07.2020. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).
Xəbəri paylaş