Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin rayonlarındakı KOB dostları iyulun 20-dək onlayn xidmətlər göstərəcək

Karantin rayonlarındakı KOB dostları iyulun 20-dək onlayn xidmətlər göstərəcək


Newscenter.az.7.07.2020. Məlumat verildiyi kimi Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək karantin rejimi uzadılıb.

Newscenter.az KOBİA-ya istinadən xəbər verir ki, bu şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostları iyulun 20-dək mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.

Müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər.


Zaur
Xəbəri paylaş