Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edir



Newscenter.az.8.08.2020. MDB PA xətti ilə Belarusa prezident seçkilərində beynəlxalq müşahidəçi qismində səfər edən Azərbaycan parlamentariləri bu ölkədə bir sıra görüşlərdə iştirak ediblər.

Newscenter.az nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamova istinadən xəbər verir ki, səfər zamanı Belarus parlamentinin aşağı və yuxarı palatalarının rəhbərləri və MSK-nın sədri ilə görüşlər keçirilib:

"Görüşlərdə Belarusda prezident seçkilərinə hazırlıq vəziyyəti, bütün namizədlərə seçkidə yardaılmış demokratik imkanlar və belarusyalıların öz iradəsini azad şəkildə ifadə edilməsinə yaradıldığı şərait haqqında fikir mübadiləsi aparılıb. Qlobal pandemiya vəziyyəti olmasına baxmayaraq Azərbaycan bu seçkidə ən çox nümayəndə heyəti ilə təmsil olunan ölkələr sırasındadır. Bu da Azərbaycanla Belarus arasındakı qardaşlıq və dostluq münasibətlərinin ifadəsidir".

Azər Badamov onu da deyib ki, səfər zamanı Belarusun gənclər , həmkarlar və ictimai təşkilatlarının rəhbərləri ilə də görüş baş tutub:

"Beynəlxalq müşahidəçilər olaraq bizimlə həmin təşkilatların ölkədə keçirilən prezdent seçkilərinə münasibəti və iştirakı ilə əlaqədar maraqlı fikir mübadiləsi oldu".

NEWSCENTER.AZ
Xəbəri paylaş