Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlcəzairlə Naxçıvan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulması müzakirə edilib



Newscenter.az.9.09.2020. Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Newscenter.az-a bildirilib ki, əvvəlcə Bəxtiyar Hacıyev Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib. Daha sonra Bəxtiyar Hacıyev Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.

Bununla yanaşı Bəxtiyar Hacıyev Qarabağ məsələsinə toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarını işğal etməsi məsələsini vurğulayıb. Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

Mehman

Xəbəri paylaş