Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya ölkələri ilə əlaqələr çox zəifdir



Newscenter.az.9.09.2020. "Azərbaycan Xarici İşlər Nazirliyinin əsas proqramalarından biri Mərkəzi Asiya dövlətləri ilə sıx işləmək, buradakı diaspor və lobbi qruplarını yaratmaq olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, ABŞ, Rusiya və Çin Mərkəzi Asiya uğrunda mübarizə aparır və tərəflərin maraq toqquşması davam edir:

“Nədənsə, rəsmi Bakı Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa barmaqarası baxır. Məhz onun nəticəsidir ki, Rusiya Ermənistana silahları Qazaxıstan, Türkmənistanın hava məkanından istifadə edərək daşıyır. Mərkəzi Asiya etnik və dini baxımdan, həmçinin coğrafi olaraq bizə daha yaxındır. Bu ölkələrlərıə əməkdaşlıq qurmaq daha da uğurlu olar. Hətta müttəfiqlik müqavilələri bağlanmalıdır. Mütləq şəkildə XİN bu istiqamətdə fəaliyyətini genişləndirməlidir".

Politoloq bildirib ki, hazırda Ermənistan Qazaxıstan və Qırğızıstanda fəaliyyətini genişləndirir:

“Azərbaycan əleyhinə siyasət formalaşdırır. Rəsmi Bakı isə, hələ də sadəcə bəyanatlarla kifayətlənir. Bu ölkələrlə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq səmərəli deyil. İkitərəfli əlaqələri gücləndirmək lazımdır. MDB, Türk Şurası çərşivəsində siyasət uğrulu nəticə vermir. Ona görə də Mərkəzi Asiya Türk respublikalarına XİN rəhbəri Ceyhun Byaramovun səfəri zəruridir. Ardınca, prezidentin səfərinə ehtiyac var”.

Politoloq hesab edir ki, Mərkəzi Asiya ölkələrinin tam dəstəyinə ehtiyac var:

“Bu ölkələri Ermənistan əleyhinə koalisiyaya qoşmalıyıq. Türkiyəni də bu prosesə cəlb etmək lazımdır. Ötən ay Qazaxıstanla Ermənistan arasında neft sahəsində müqavilə imzalandı. Göründüyü kimi Qazaxıstan kimi böyük bir türk dövləti Ermənistanla münasibətlərini istiləşdirir. Bu, rəsmi Bakının Mərkəzi Asiya siyasətinin fiaskosuna gətirə bilər. Dünya gücləri Mərkəzi Asiyaya nəzarət uğrunda mübarizə aparır, Ermənistan başımızın üzərindən bu ölkələrlə siyasi-iqtisadi əlaqələri möhkəmləndirir. Rəsmi Bakı isə, hələki gözləmə mövqeyindədir. Xarici işlər naziri Ceyhun Bayramova müraciət edirəm. Porseslər ölkəmizin əleyhinə işləyir. Türkiyə ilk səfərdən sonra, növbəti səfər Mərkəzi Asiya türk dövlətlərinə olmalıdır. Siyasi nizam sürətlə dəyişir və Ermənistanın Mərkəzi Asiya siyasətinin qarşısını almalıyıq. Bu istiqamətdə siyasəti prezidentin üstünə yıxmalıyıq? Xarici İşlər Nazirliyinin öz konsepsiyası olmalıdır.

Mehman
Xəbəri paylaş