Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı



Newscenter.az.9.09.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 139-u reanimasiyadadır. 15 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.
Xəbəri paylaş