Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yerevanda polis müxalifətin mitinqinin təşkilatçılarını saxladı



Newscenter.az.11.11.2020. Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin mitinqinin bir neçə təşkilatçısını saxlayıb.

Bu barədə Newscenter.az Ermənisran mətbuatına istinadən xəbər verir.

Saxlanılanlar arasında "Erkir media" telekanalının rəhbəri Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan, ən böyük müxalifət partiyalarından biri olan "Çiçəklənən Ermənistan"ın sədri Qaqik Sarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.

Daha əvvəl etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər. Müxalifət siyasətçinin istefasını tələb edir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri Ermənistanın baş naziri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Sənədin imzalanmasından sonra Yerevanda etirazlar başlayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş