Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin daha bir klubunun futbolçularında koronavirus aşkarlandı

Türkiyənin daha bir klubunun futbolçularında koronavirus aşkarlandı


Newscenter.az.12.11.2020. Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının 4 üzvü koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 futbolçunun və bir klub işçisinin testi müsbət nəticə verib.

Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl "Göztepe" klubunda koronavirus aşkarlanıb.
Xəbəri paylaş