Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi insan



Newscenter.az.12.12.2020. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən , müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə yazdıran böyük lider oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Məhz Ulu Öndərin qərarı ilə Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilib. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb.

Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Ulu Öndərin bənzərsiz ömür yolu, gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşki edir.

2003-cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur. Azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi bir insanı son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi. Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 17 il ötür. Azərbaycanda, istərsə də Azərbaycandan kənarda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük sevgi və ehtram hissi ilə yad edilir.
Dərin sevgi və ehtiram hissi ilə anırıq.
Allah rəhmət eləsin!

Kəmaləddin Qafarov-Milli Məclisin deputatı
Xəbəri paylaş