Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan "Cənub qaz dəhlizi" strateji hədəfinə yetişib



Newscenter.az.1.01.2021. Azərbaycan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ticari qaz tədarükünə başladı və bununla, Azərbaycan bölgədə Rusiya ilə iqtisadi rəqabət aparacaq əsas gücə cevrildi.

Bakı Avropaya ildə 10 milyard kubmetrdən xeyli çox qaz tədarük edə biləcək. Yəni, Avropa Birliyi təbii qazı Rusiyadan asılı olmadan Xəzər dənizi bölgəsindən alacaq. Xəbəri Energetika Nazirliyi təsdiq edib. Artıq dünya xəbər agentlikləri yayır.

Azərbaycan bununla "Cənub qaz dəhlizi" strateji hədəfinə yetişib. Hesab etmək olar ki, õlkəmizin inkişaf tarixində yeni, "qaz õlkəsi" səhifəsi açılır. Qaz tədarükü azı, 25 il müddətə nəzərdə tutulur. Qaz xətti Gürcüstan, Türkiyə, Yunanıstan, Ìtaliya və Albaniya ərazisindən keçərək Avropaya çatır.
Azərbaycanımıza xeyri nə olacaq?

1. Ildə 10 milyard kub metr qaz xeyli miqdarda vəsait edir, xalqımızın rifahı, dõvlətimizin, ordu və infrastrukturlarımızın güclənməsi, õlkəmizin inkişafı üçün. Xüsusən də, əmin olaq, Qarabağ zəfərindən sonra õlkədə yeni dõvr başlayır, qəti olaraq, korrupsiyanın, oliqarxiyanın, xalq-dõvlət malını mənimsəmənin kõkü kəsilir. Və hər gəlir, resurs dõvlət mõhkəmliyi, xalq rifahı üçün olur. Prezidentin çıxışları, quruculuq planında var bu.
2. Mühüm qaz kəməri Avropa birliyi kimi dünya gücünün Rusiya kimi siyasi rəqibdən (düşmən) asılılığını azaldır, Avropanı Azərbaycana siyasi və iqtisadi sıxlaşdırır. Belə halda təbii ki Avropa Azərbaycanın bõlünüb parçalanması, çõkməsi, ya Rusiya, Ìranın əlinə, təsirinə keçməsində yox, bütõv və müstəqil dõvlət olmasında maraqlıdır. Bu maraqları da, erməni cəhdlərii poza bilməz!
3. Azərbaycanın dünyada aktiv iqtisadi və eyni zamanda siyasi çəkisi artır, yeri oturuşmuş olur. Və Azərbaycanın təhlükəsizliyinə də beynəlxalq diqqət artır, beynəlxalq miqyaslı, dəyərli bir õlkə kimi. Və bununla da, Azərbaycan õz potensialı, Türkiyənin qardaşlığı və beynəlxalq dəstəklərin hesabına heç vaxt, kiminsə təsirində olmaz. Bu da bizim tədbirli dõvlət, zəhmətkeş xalq və təbii resurslu õlkə üçün yüksək, sabit inkişaf demək!

Xalqımız, dõvlətimiz üçün xeyirli, uğurlu olsun!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş