Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzulidən olan məcburi köçkünlər özünüməşğulluq proqramına cəlb olunublar



Newscenter.az.1.01.2021. 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi. Artıq onlar doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən xeyli sayda Füzuli rayonundan olan məcburi köçkünlər də var.

Nazirlikdən verilən məlumata görə, proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına onlar müxtəlif sahələr üzrə kiçik ailə bizneslərini qurublar.

Yaratdıqları bu bizneslərini doğma Füzuliyə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.
Xəbəri paylaş