Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Prezidenti Azərbaycan Prezidentini və digər həmkarlarını təbrik etdi



Newscenter.az.1.01.2021. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət başçısı Ersin Tatara telefonla zəng edib.

Bu barədə “Report” "Haber Global"a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, dövlət başçıları bir-birlərini Yeni il münasibətilə təbrik ediblər. Telefon danışıqlarında yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək əzmi vurğulanıb.
Xəbəri paylaş