Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 159 nəfərdə koronavirus aşkarlanıb



Newscenter.az.2.02.2021. Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib. Hazırda 3 507 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 713, bu günə qədər isə ümumilikdə 2 419 747 test icra olunub.
Xəbəri paylaş