Pakistan Azərbaycanla hərbi əməkdaşlığı yeni müstəviyə çıxarmaq istəyir
Tarix: 3-03-2021, 18:07
Newscenter.az.3.03.2021. “Azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər də iştirak etməyə hazırdırlar”
Bunu Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza martın 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə bildirib.
“İki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur”, - general vurğulayıb.











































