Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb



Newscenter.az.3.03.2021
. Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nazarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

Bu barədə Newscenter.az qurumun internet səhifəsində istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya icraz edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.
Xəbəri paylaş