Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"YAŞAT" Fondu daha bir neçə qazimizin müalicə xərclərini qarşıladı



Newscenter.az.3.03.2021. "YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Newscenter.az-a Fonddan bildirilib ki, qazilərimiz Ayxan İsayevin, Novruz Novruzovun və İsrail İsmayılovun, səhidimiz Ramin Ağayevin atası Ağarəhim Ağayevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Sevinc
Xəbəri paylaş