Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya sülhməramlısı öz təyinatı üzrəmi çalışır?



Newscenter.az.4.04.2021. Qarabağda atəşkəsə və hərbi hərəkət-fəaliyyətə nəzarət üçün Azərbaycan tərəfinin təşkil, təchiz və təminatı ilə yaradılan, bu ilin yanvarın 30-dan işinə başlayan, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən 2 ay vaxt keçdi. Yaxşı olardı ki, bu ciddi məsul Qurum 2 aylıq fəaliyyəti və monitorinq-müşahidə apardığı "sülhməramlı" nəzarətində, DQ bölgəsində aşkar etdiyi, düzlük və əyriliklər barədə birgə, rəsmi hesabatla çıxış etsin, bəyanat yaysın. Azərbaycan ərazisindəki, ancaq hələlik isə, inzibati nəzarətində olmayan bölgəmizdə, 10 noyabr 3 tərəfli razılaşmasında göstərilən şərtlərə uygun proseslərə, eyni ilə də, Sülhməramlıların fəaliyyətinə aydınlıq gətirilsin.

Bu məsələyə aydınlıq gətirilsin. 10 noyabr 2020 3 tərəfli razılaşmaya əsasən, Dağlıq Qarabağın ərazisinə yerli erməni əhəlisi ilə bərabər də yerli azərbaycanlı əhalisi köçürülür. Sülhməramlılara bölgədə, atəşkəs və xalqlar arasında sülh, barış və bərabərlik yaratma missiyası həvalə edilibsə, nədən, ötən 4 ayda erməni əhalisini köçürüb və şərait, yaşayışa təmin edir, azərbaycanlı əhalisi üçün bu cür, köçürülmə və yaşamı təmin etmir? Rusiya sülhməramlısı öz təyinatı üzrəmi çalışır?

Dağlıq Qarabağın qalan, Xankəndi hissəsindəki proseslər və dürüstlük, Azərbaycan-Ermənistan arasındakı kommunikasiya və s. münasibətlərin və regiondakı sülhün, əminamanlıq problemləri həllinin açarıdır. Həmin hissə bölgədəki gedişat iki ölkə arasında və bütün, Qafqaz regionundakı kövrək durumu, rahatlaya, ya gərginləşdirə bilər. Azərbaycan ərazisindəki sülh tənzimindən xeyli müsbət qanunauyğun nəticələr gözləyir, təbii ki.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş