Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai Birliklər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb



Newscenter.az.8.04.2021. “Aqrar İnkişaf Könüllülüləri” Təşkilatı İctimai Birliyi ilə “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” (eSAS) İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Newscenter.az xəbər verir ki, “Aqrar İnkişaf Könüllülüləri” Təşkilatı İctimai Birliyi və “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” (eSAS) İctimai Birliyinin imzaladığı memorandum ictimai birliklər arasında birgə layihə və proqramların həyata keçirilməsini, iş təcrübəsinin öyrənilməsi məqsədilə könüllülərin cəlb olunmasını, könüllülük fəaliyyəti üzrə konfrans, seminar və ekspert məsləhətləşmələrinin təşkilini və keçirilməsini nəzərdə tutur.

Aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyətini formalaşdırılması, informasiya texnologiyaları üzrə könüllülərin təşəbbüslərinin dəstəklənməsi, o cümlədən, asudə vaxtlarının səmərəli inkişaf etdiririlməsi üçün birgə konfranslar, simpoziumlar, sərgilər və fəaliyyət istiqamətinə uyğun olaraq digər tədbirlərin keçirilməsi gənclərin təcrübəli mütəxəssis kimi yetişməsinə bilavasitə təsir göstərəcək.

Orxan
Xəbəri paylaş