Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziya prezidenti Türkiyəyə səfər edəcək

İndoneziya prezidenti Türkiyəyə səfər edəcək


İndoneziya Prezidenti Prabovo Subianto Türkiyəyə səfər edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə razılıq onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün baş tutan telefon danışığı zamanı əldə edilib. Türkiyə lideri indoneziyalı həmkarını Antalyada keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib. Prabovo Subianto da öz növbəsində dəvəti qəbul edib.

Liderlərin telefon danışığı zamanı həmçinin, Türkiyə ilə İndoneziya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə edilib.

Prezident Ərdoğan beynəlxalq platformalarda iki ölkə arasındakı həmrəylikdən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın davam etdirilməsinin hər iki ölkəyə fayda verəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İndoneziya arasında bir çox sahədə, xüsusən də ticarət və müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu və bu istiqamətdə addımlar atmağa davam edəcəyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş