Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb

Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb


Newscenter.az.10.12.2018. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Newscenter.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsiaxışdan verilən məlumata görə, böncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 920 ədəd üzərində "Mega Black Devil" yazısı olan və 80 ədəd üzərində "Piccolo Corsar" yazısı olan pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş