Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Portuqaliyada 40 ildən sonra bir ilk yaşanacaq

Portuqaliyada 40 ildən sonra bir ilk yaşanacaq


Portuqaliyada son 40 il ərzində bir ilk yaşana bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, ölkədə keçirilən prezident seçkilərində 11 namizəddən heç biri səslərin 50 faizdən çoxunu toplaya bilməyib.

Məlumata görə, səslərin təxminən 45%-i sayılıb və birinci turda heç bir namizəd 50%-dən çox səs toplaya bilməyib.

Beləliklə, ölkə ikinci turla qarşılaşacaq və bu turda yalnız ən çox seçici dəstəyinə malik iki namizəd iştirak edəcək. Sonuncu dəfə ikinci tur seçkiləri 1986-cı ildə baş verib. Rekord sayda namizədin olduğu hazırkı yarışda Sosialist Partiyasının keçmiş baş katibi António José Seguro və ifrat sağçı "Yeter!" partiyasının rəhbəri Andre Ventura öndədirlər.

Hazırkı dövlət başçısı Marselo Rebelo de Sousa 2016-cı ildə vəzifəyə başlayıb və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilik ardıcıl üç müddətə seçilməyi qadağan etdiyi üçün o, yenidən vəzifəyə namizəd ola bilməyib.

Anar
Xəbəri paylaş