Newscenter.az.14.12.2018. Zaqatala rayonunun Lahıc kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Newscenter.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə bildirilib ki, ümumilikdə 455 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 751 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.