Newscenter.az.14.12.2018. “Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qayğı ilə istifadə et” layihəsinin icrasına başlanıb.
İctimai Birlikdən Newscenter.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi gənclər arasında 3T (Tullatının azaldılması, Təkrar istifadə, Təkrar emal), ətraf mühit ilə iqtisadiyyatın qarşılıqlı təsiri mövzularının təbliği və məlumat bazasının zənginləşdirilməsindən ibarətdir.
Layihə qarşısına qoyduğu məqsədə nail olmaq üçün “Ətraf mühit və İqtisadiyyat” adlı kitabçanın hazırlanmasını və 3T mövzusunda video-çarxın çəkilişini hədəfləyir.
Sosial video-çarxın çəkilişində və yekun tədbirdə iştirak etmək istəyən gənclər öz cv-lərini 25 dekabr 2018-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.