Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

 İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib


Newscenter.az.14.12.2018. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində, İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağında konfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib.

Newscenter.az xəbər verir ki. hər üç tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirlməsi ilə başlayıb.

Tədbirdə çıxış edən natiqlər Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağını qeyd edib. Qeyd olunub ki, İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verilib.
Sonra “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi türk dilində nümayiş olunub.

Xəbəri paylaş