Newscenter.az.14.12.2018. "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qalibləri mükaftlandırılıb. Newscenter.az xəbər verir ki, Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın oyadılması, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasındır.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilmiş və həmin il Bakıda 8 ölkənin iştirakı ilə "İstedadların hazırlığı laboratoriyası" I Beynəlxalq Olimpiadası keçirilmişdir. Indiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılıb. II Beynəlxalq Olimpiadaya 9 xarici ölkədən - Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçılar qatılır.
Qeyd edək ki, olimpiadanın final turu dekabrın ayının 12-də baş tutub. Dekabrın 13-də "İstedadların hazırlığı laboratoriyası" II Beynəlxalq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.