Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim və valideynlərin müraciəti dinlənilib

Müəllim və valideynlərin müraciəti dinlənilib


Newscenter.az.11.01.2019. Yanvarın 11-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 117 nömrəli tam orta məktəbdə Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagirdlərin yerdəyişməsi, qiymətləndirmə qaydaları, müəllimlərin işə qəbulu və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
R.Mehdiyeva
Xəbəri paylaş