Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor sədrindən kəskin reaksiya-bu cür adamlarda şərəf , ləyaqət problemi olur

Diaspor sədrindən kəskin reaksiya-bu cür adamlarda şərəf , ləyaqət problemi olur


Newscenter.az.14.01.2019. “Ölkəsini şikayət etmək, ailəsindəki problemləri qonşuya, düşmənə şikayət etmək kimi bir şeydi. Ölkəmizdə problemlər var. Bunu hamımız bilirik. Bunu görməmək üçün sadəcə inkarçılıq etmək lazımdı. Ancaq insanda gərək şərəf, namus, qürur da olsun. Bunlar olmayan insanda vətən , millət , ailə namusu olmaz”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev jurnalist Xədicə İsmayılın Avropa Jurnalistlər Federasiyasının rəsmi facebook səhifəsində Azərbaycanla bağlı yazdığı fikirlərə münasibət bildirərəkən səsləndirib:

“Həmin məlumatı bəyənənlərin səhifəsinə diqqət etdim, içində erməni, fars, PKK-çı, kim desən var. Ağır danışacam, amma birmənalı deyim ki, bu cür adamlarda şərəf , ləyaqət problemi olur. Get şikayət et, Azərbaycanda, məni kəsirlər, doğrayırlar de və beynəlxalq aləm də sənin kimi zavallıları istifadə edib ölkəndən imtiyaz qoparmağa çalışsınlar. Yazıqlar olsun”.
Xəbəri paylaş