Newscenter.az.17.01.2019. “AtaSığorta” ASC əhalinin Könüllü Tibbi Sığorta növündən əlverişli şərtlərlə istifadə etməsi üçün xüsusi “Ailə Paketi” məhsulunu təqdim edir.
Newscenter.az xəbər verir ki, sayı üç nəfərdən başlayaraq olan ailələr tibbi sığorta proqramına qoşula bilərlər. “AtaSığorta” ASC müştərilər üçün məhsul üzrə dörd çeşiddə proqramlar hazırlayıb, bunlar - “Optimal”, “Classic”, “Classic Plus” və “Prestige” proqramlarıdır. Paketlərin qiymətləri daxil edilən xidmətlərin sayından və sığortalanan şəxslərin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. “Optimal” proqramının bir nəfər üçün illik qiyməti 160 manat, “Classic” proqramının bir nəfər üçün illik qiyməti 340 manat, “Classic Plus” proqramının bir nəfər üçün illik qiyməti 440 manat, “Prestige” proqramının isə bir nəfər üçün illik qiyməti 580 manatdan başlayır.