Newscenter.az.17.01.2019. 17 yanvar saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.
Newscenter.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir