Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur


Newscenter.az.21.01.2019. “Azərbaycan Avropa Birliyinin üzvü olmadığı üçün Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir hüquqi əhəmiyyəti yoxdur”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev çıxış edib. O, bildirib ki, bu cür qətnamələr problemin həllinə yardımçı olmayıb , olacağına da inanmır: “ Problemin həlli yolu qətnamə, bəyanat deyil,dialoq yolu ilə tapılmalıdır”. Rəşad Quliyev onu da qeyd edib ki,Avropa Parlamenti qitə ölkələrinin Afrikada etdiklərinə görə etiraz etməlidir: “Afrikanı talayıb Afrika insanını bir parça çörəyə möhtac qoyduğuna görə qətnamə qəbul etməli, öz ayıbına etiraz etməlidir. Azərbaycanda olanlar , Jonların , Kennedilərin həll edəcəyi məsələ deyil.

Ədalətəmi etiraz edirlər ? Qondarma Dağlıq Qarabağın nümayəndələri Avropada at oynadırlar. Bu məqamda deyəcəyimiz bir söz var. Hadi ordan”.
Xəbəri paylaş