Newscenter.az.21.01.2019. Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-də saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.