Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azəbaycan-Ermənistan sərhəddində monitorinq keçiriləcək

Azəbaycan-Ermənistan sərhəddində monitorinq keçiriləcək


Newscenter.az.28.01.2019. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Xəbəri paylaş