Newscenter.az.28.01.2019. Yaxın günlərdə Bakıda “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı Newscenter.az-a Azərbaycan-Amerika Gəncləri Birliyinin sədri Vüqar Əhmədov verib.
Bildirib ki, konfrans Azərbaycan Gənclər Fondu, eləcə də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçiriləcək. Konfrans yanvar ayının 31-də Bakı Konqres Mərkəzində baş tutacaq. Konfransda hökumət və dövlət nümayəndələri, millət vəkilləri, eləcə də müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək.