Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının ekspert missiyası Azərbaycana səfər edib

Avropa İttifaqının ekspert missiyası Azərbaycana səfər edib


Newscenter.az.5.02.2019. Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti iki ekspert missiyası ölkəmizə səfər edib.

Newscenter.az-a Təhsil Nazirliyindən bildirilib ki, proqramın “Layihə çərçivəsində seçilmiş Milli Təhsil Standartlarının kompetensiyalara əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci, “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı dördüncü komponenti çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Fransanın Strasburq Universitetinin Kimya fakültəsinin dekanı Jan Mark Planeks, litvalı ekspert, Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi Agentliyinin Keyfiyyətin Təminatı üzrə Komitəsinin keyfiyyət məsələləri üzrə mütəxəssisi İnqa Yuknite Petrekiene və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direkor müavini Aureliya Valeikiene daxildir.

Birinci missiyanın məqsədi layihə çərçivəsində müəyyən edilmiş prioritet sahədələrdəki (pedaqoji, təbiət, texniki və texnoloji ixtisas qrupları) ixtisaslar üzrə ali təhsil proqramlarının müvafiq Avropa ölkələrinin təcrübəsi və Tüninq metodologiyası nəzərə alınmaqla yenidən nəzərdən keçirilməsi, kompetensiya əsaslı yanaşmanı əks etdirməsi məqsədi ilə yenilənməsidir. Missiyanın nəticəsi olaraq Tvinninq layihəsinin ekspertləri tərəfindən prioritet sahələrdəki ixisaslar üzrə təhsil proqramlarıının yeni variantı təklif olunub və Təhsil Nazirliyinin əməkdaşları ilə müzakirə edilib.

İkinci missiyanın məqsədi isə “Ali təhsilin dövlət standartı” adlı layihə sənədinin “Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi” və “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” adlı sənədlərə uyğun hazırlanmasıdır. Missiya çərçivəsində xarici ekspertlər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə müzakirələr aparıb. Missiya çərçivəsində Akkreditasiya şöbəsi və Təhsil İnstitutunun əməkdaşları ilə də görüş keçirilib.
R.Mehdiyeva
Xəbəri paylaş