Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur

 Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur


Newscenter.az.6.02.2019. Başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik avtomobil yolu yenidən qurulur. Newscenter.az-a daxil olan məlumata görə, yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.

Bunun ardınca yol əsasının inşası işləri aparılıb. Belə ki, zəruri qarışıqlarla layihədə nəzərdə tutulmuş qalınlıqda əsasın alt və üst layının təmiri aparılıb. Yol əsasının hazır olan hissələri isə hazırda əlaqələndirici bitum səpilməklə asfaltlanır.

Təmir-tikinti işləri çərçivəsində yola 2 laydan ibarət 12 sm qalınlığında yeni iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Eni 6 metr olan “Savalan” yaşayış massivinin yolu torpaq əsaslı olduğu üçün vətəndaşların hərəkətində müəyyən çətinliklər yaranırdı. Xüsusən payız-qış mövsümündə bu problem özünü qabarıq şəkildə göstərirdi. Bu səbəbdən yolun əsaslı şəkildə bərpa olunması zərurəti yaranmışdı. Hazırda aparılan yenidənqurma işləri bu problem aradan qaldırılır.

Xəbəri paylaş