Newscenter.az.11.02.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 7 yanvar 2019-cu il tarixdə başlayan 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, institutda 31 yanvar 2019-cu il tarixədək davam etmişsessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin payız imtahan sessiyası Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əmr imzalayıb.
Məlumat olaraq bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı üçün lazımişərait yaradılıb. Bütün bunlarla yanaşı, İnstitutunrəhbərliyi sessiya ərzində imtahan prosesinidavamlımüşahidə edib, tələbələrin onlayn müraciətlərinə baxıb və müvafiq tapşırıqlar verib.