Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək


Newscenter.az.11.02.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçiriləcək. Newscenter.az Təhsil İdarəsinə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Fevralın 14-də ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin II mərhələsində (22 fevral tarixində) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Fevralın 28-də keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (IX sinif-1 nəfər, X sinif-1 nəfər, XI sinif-1 nəfər) ibarət olacaq. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı 1 təcrübə işini yerinə yetirməlidirlər.
R.Mehdiyeva
Xəbəri paylaş