Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan -Türkiyə təhsil əlaqələri müzakirə olunub

 Azərbaycan -Türkiyə təhsil əlaqələri müzakirə olunub


Newscenter.az.19.02.2019. Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir.
Xəbəri paylaş