Newscenter.az.19.02.2019. Fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Viclasına hazırlıq işləri yekunlaşıb.T
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger,”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən-Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez,Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natela Turnava, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin Baş katibiMixail Veriopoulos,Albaniyanın infrastruktur və energetika nazirinin müaviniShkreli Artan, Bolqarıstandan isə energetika naziri Temenujka Petkova iştirak edəcək.
ABŞ-ı Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.
Bu il ilk dəfə olaraq Məşvərət Şurasının iclasına Serbiya, Macarıstan və San-Marino kimi ölkələr də qatılacaq. Serbiyanı mədən və energetika nazirinin müavini Mirjana Filipoviç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfiri Pal Sagvari və San-Marinonu Xarici İşlər Departamentinin iqtisadi məsələlər üzrə direktoru-səlahiyyətli nazirDario Galassi təmsil edəcək.
Xorvatiyanınətraf mühit və energetika naziri Tomislav Çoriç, Monteneqronun İqtisadiyyat Nazirliyinin energetika üzrə baş idarəsinin baş direktoru Marko Reduloviç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franjiçevictədbirə qatılacaq.TürkmənistanPrezidentinin müşaviri Yaxşıgəldi Kakayev, RumıniyanınEnergetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake də iştirakçılar sırasındadır.
Tədbir iştirakçılarıarasında BP, TANAP, TAP, SNAM,Fluxys,LNG Croatia, Plinacro, İCGB AD və Transgaz şirkətləri geniş tərkibdə yer alıb.
Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı,Asiya İnkişaf Bankı,Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı,İnvestisiyaların zəmanəti üzrə Çoxtərəfli İnvestisiya Agentliyinin (MIGA) iştirakı nəzərdə tutulub.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Vtoplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Komissar Günter Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Cənub Qaz Dəhlizi” layihəsininbirləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”imzalanması, eləcə də mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.